20.12.2018

Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar “ Unutsaq unudularıq” başlığı altında tədbir keçirilib

Dekabrın 19-da Quba rayon Zərdabi qəsəbə tam orta məktəbində Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar “ Unutsaq unudularıq” başlığı altında tədbir keçirilib. Əvvəlcə Mehdi Hüseynzadənin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadənin adının  Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunduğunu, bu mübariz döyüşçünün həyat və döyüş yolu xalqımızın gənc nəsli üçün parlaq nümunə olduğunu diqqətə çatdırıb.

        Çıxış edən Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova və məktəbin direktoru Aygün İbrahimova dövlətimizin Mehdi Hüseynzadənin xatirəsinə olan dərin ehtiramını da xüsusi qeyd ediblər.

Tədbirdə həmçinin məktəblilərin təqdimatında Mehdi Hüseynzadənin şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən "Uzaq sahillərdə" filmindən səhnəciklər göstərilib

Tədbirin sonunda tədbir iştirakçıları Mehdi Hüseynzadənin fotolarından hazırlanmış foto stendlə tanış olublar.


Açar sözlər: ,  ,  ,