24.12.2018

“Beynəlxalq Dağlar Günü” ilə əlaqədar viktorina keçirilib

Quba rayon mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında “Beynəlxalq Dağlar Günü” ilə əlaqədar viktorina keçirilib. Tədbirdə 3, 4 və 5 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər.

            Tədbiri giriş sözü ilə rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasının uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova açaraq tədbir iştirakçılarını bu gün münasibəti ilə təbrik edib və söyləyib ki, bu gün ilə bağlı tematik kitab yarmarkaları, simpoziumlar, mühazirələr, seminarlar, məktəblərdə məşğələlər keçirilir. Dağlar yer kürəsinin quru səthinin dörddə birini təşkil edir, dünyanı daimi iqtisadi inkişafında mühüm rol oynayır və əhalinin demək olar ki, 10 faizinin daimi yaşayış məskənidir.

            Daha sonra uşaq şöbəsinin oxu zalının müdiri Rima Seyfullayeva çıxış edərək bildirib ki, dağlar həm də bir çox nadir bitki və heyvan növlərinin qoruğu, yerin bütün əsas çaylarıının su mənbəyidir. Dağlar eyni zamanda populyar turizm və istirahət məskənləridir. Lakin ətraf mühitin vəziyyətinin pisləşməsi dağlarda quraqlığa, sürüşmələrə və digər təbii fəlakətlərə səbəb olur. Hər il “Beynəlxalq Dağlar Günü” üçün mövzu müəyyən olunur. Həmin mövzu çərçivəsində informasiya materialları işlənib hazırlanır və tədbirlər keçirilir.Bu günki tədbirimiz də bu mövzuya həsr olunub.

Tədbir maraqlı viktorina ilə davam edib. Şagirdlərdən Ülkər Həbibova, Afət Rəhimova, Nərmin Mirzəyeva, Samirə Əliyeva və başqaları dağlar haqqında verilən suallara düzgün cavab veriblər.


Açar sözlər: ,  ,