28.12.2018

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

Quba şəhər 3 nömrəli tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

Tədbirdə məktəbin direktoru Sara Məmmədova,  müəllimlər  və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirdə şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.


Açar sözlər: ,  ,  ,