Yanvarın 12-də Səbətlər kənd tam orta məktəbinin bir qrup şagirdi Quba şəhərində yerləşən "Şəhidlər Xiyabanı"nı ziyarət edib, Şəhidlərin qəbrinin üstünə gül-çiçək dəstələri qoyub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarınını xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Şagirdlər eyni zamanda Quba Soyqırımı Memorial Kompleksini də ziyarət edib, Quba Tarix Diyarşünaslıq Muzeyində olublar.
Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını daha intensiv ziyarət edirlər.