A. Məmmədov adına Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin XI sinif şagirdləri Səmən Məmmədli və Əfsan Şıxməmmədov Təhsil Nazirliyinin təşkil etdiyi "Əlaçı" televiziya yarışmasının VII mövsümünün qalibləri olub.
Hər iki məktəbli bir sinifdə təhsil alır, ikisi də “Əlaçı” verilişinin VII mövsümünün qalibi olub "Əlaçı" diplomunu qazanıb, yarışmanın superfinalında oynamaq hüququ əldə ediblər.
Superfinalda hər iki məktəbli sonuncu mərhələyə kimi az xal hesabı ilə bərabər yarışıblar. Final mərhələsində qalib olan Əfsan Şıxməmmədov Təhsil Nazirliyinin hədiyyəsi olan noutbuku əldə edib.