17.01.2019

"Hər şəhidin bir dastan" adlı bədii qitaət müsabiqəsi keçirilib

 

Yanvarın 16-da 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Quba rayon Təhsil Şöbəsi, Quba rayon Gənclər və İdman İdarəsi və Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə məktəblilərin iştirakı ilə "Hər şəhidin bir dastan" adlı bədii qitaət müsabiqəsi keçirilib.

Müsabiqədə  rayonun təhsil müəssisələrinin müxtəlif yaş qruplarından olan şagirdləri  iştirak edib. Açılış mərasimində çıxış edən Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova və Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai birliyinin sədri Ramin Mahmudov tədbirin məqsədindən danışmış 20 yanvarın tarixi əhəmiyyətini qeyd ediblər.

Rəsmi hissədən sonra start götürən müsabiqədə münsiflər heyyəti iştirakçıları səhnə mədəniyyəti, diksiya və mimika və jestlərdən istifadə meyarı üzrə qiymətləndirib .

Yekunda şəhər 5 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Afət Rəhimova birinci, şəhər 7 nömrəli tam orta məktəbin IX  sinif şagirdi Fatimə Abbasova ikinci, şəhər 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səma Asifova üçüncü, şəhər 2 nömrəli məktəb-liseyin şagirdi Fatimə Müslümova və şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Sadıq Mahmudov həvəsləndirici mükafata layiq görülüb.

Qalib və mükafatçılar təşkilatçılar tərəfindən hazırlanmış diplom və hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,