18.01.2019

Mirzəqışlaq kənd ümumi orta məktəbinin şagirdləri Quba Şəhidlər Xiyabanını ziyarət edib

  Rayonun təhsil müəssisələrində“Unutsaq unudularıq” başlığı altında tədbirlər keçirilir.

 Yanvarın 15-də Mirzəqışlaq kənd ümumi orta məktəbinin şagirdləri 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Tədbirlər Planı”na əsasən Quba Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlərin qəbri üzərinə gül dəstələri qoyub.

Daha sonra məktəblilər Şəhidlər muzeyi, Bayraq muzeyi və Heydər Əliyev muzeyi ilə də tanış olublar.


Açar sözlər: ,