18.01.2019

"20 Yanvar- tariximizin qəhrəmanlıq səlnaməsi" adlı tədbir keçirilib

Yanvarın 16-da Quba şəhər 2 nömrəli məktəb- liseydə Quba rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə "20 Yanvar- tariximizin qəhrəmanlıq səlnaməsi" adlı tədbir keçirilib.

 Tədbirdə Quba rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Anar Murtuzov "20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda, Təhsil Şöbəsinin tarix fənni üzrə metodisti Mənsur İlyasov "Müstəqilliyə gedən yol" mövzusunda, Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova "Tarixin unudulmaz qanlı səhifəsi" mövzusunda çıxış edib.

Daha sonra şagirdlərin ifasında şeirlər səslənib, səhnəciklər nümayiş olunub.


Açar sözlər: ,