24.01.2019

"Qəhrəmanlar unudulmur" başlığı altında tədbir keçirilib

Yanvarın 22-də Quba rayon MKS – nin Zərdabi qəsəbə kitabxanasında Zərdabi qəsəbə tam orta məktəbinin şagirdlərinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Muradov Hikmət Oqtay oğlunun anadan olmasının 50 illiyi ilə əlaqədar “ Qəhrəmanlar unudulmur” başlığı altında tədbir keçirilib.

Tədbiri kitabxananın filial müdiri Şəbnəm Şirinova açaraq qeyd edib ki, Hikmət Muradov 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulub. O, 1986-cı ildə Bakı şəhəri 190 nömrəli məktəbi əla qiymətlərlə bitirib. Həmin il Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olub və 1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. Sonra o, təyinatla Yevlax hava yollarında 2-ci pilot kimi fəaliyyətə başlayıb.

 Daha sonra çıxış edən kitabxananın multimediya resursları üzrə mütəxəssisi Azadə Yarəhmədova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Tədbirin sonunda kitabxananın fəal oxucuları , məktəb şagirdləri Hacıbaba Şirinov, Nicat Məmmədov və başqalarının ifasında “Vətən”, “ Qalx ayağa Azərbaycan” şeirləri və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.


Açar sözlər: ,