Fevralın 2-də Quba şəhər 2 nömrəli məktəb-liseydə “Gənclər Günü” münasibətilə tədbir keçirilib. Liseyin direktoru Eynulla Camalov gənc müəllimləri və yuxarı sinif şagirdlərini 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Eynulla Camalov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildirib.
Məktəbin direktoru şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb, çıxışının sonunda gənc müəllimlərə və şagirdlərə Azərbaycanın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda I yarımil ərzində müxtəlif tədbirlərdə və dərslərində fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.