04.02.2019

Direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.

Müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Müsahibənin nəticələri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə mərhələsini uğurla başa vurmuş 730 nəfər namizədlə müsahibələr 5 dekabr 2018-ci il – 26 yanvar 2019-cu il tarixlərində keçirilib.