26.02.2019

"Xocalı Soyqırımı"na həsr olunmuş silsilə tədbirlər keçirilib

Quba rayonunun təhsil müəssisələrində "Xocalı Soyqırımı"nın iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Təhsil müəssisələrində “Xocalı uşaqların gözü ilə”, "Xocalısız 27 il", "Xocalı qətliamı dünya tarixinin qan yaddaşında", "Xocalı qətliamı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir",“Qanlı gecə”, “Xocalıya gedən yol” mövzularında dərslər, konfranslar, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar və rəsm müsabiqələri təşkil edilib.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub

Tədbirlərdə məktəblilər Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa qarşı misli görünməmiş vəhşilikləri  təsvir edən şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər. Eyni zamanda şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını müxtəlif  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr məktəblilər arasında müxtəlif mövzularında inşa yazı müsabiqələri keçirilib.

Həmçinin, təhsil müəssisələrində Xocalı faciəsi barədə filmlər nümayiş olunub, faciə qurbanlarının xatirəsinə həsr olunmuş müxtəlif idman-şahmat yarışları keçirilib.

Qeyd edək ki, fevralın 26-da rayonun ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.


Açar sözlər: ,  ,