Quba rayonunun II Nügədi 3 nömrəli kənd tam orta məktəbində 1-mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Məktəbdə təşkil olunan tədbirdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verilib, mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim də keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.