11.03.2019

Məktəblilərin rayon seçim turu keçirilib

 

Martın 11-də  Quba rayon B.Səfəroğlu adına Mədəniyyət Mərkəzində Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə təşkil olunan "Respublika Yaradıcılıq Festivalı"nda iştirak edəcək məktəblilərin rayon seçim turu keçirilib.

Rayon mərhələsində şəhər 1, 2, 3, 5, 7, Qırmızı Qəsəbə 1 saylı, Qəcrəş, Alekseyevka, Xucbala, I Nügədi 1 saylı tam orta məktəbləri müsabiqənin dram, dekorativ tətbiqi və təsviri sənət nominasiyaları üzrə iştirak ediblər. Bu mərhələdə I II və III yerləri tutan məktəblilər zona mərhələsində iştirak edəcəklər.

Müsabiqənin  zona mərhələsi Quba rayonunda keçiriləcək.


Açar sözlər: ,