08.04.2019

"Şahin" hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib

Aprelin 5-də Quba rayonunun ümumtəhsil məktəblərinin komandaları arasında "Şahin" hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib.

 Yarışlara başlamazdan öncə tədbir iştirakçıları, "Şəhidlər Xiyabanı"na gedərək ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən Şəhid soydaşlarımızın məzarları önünə tər qərənfillər qoyub və dərin ehtiramlarını bildiriblər.

Yarışın  yekun nəticəsinə əsasən Quba çəhər 6 saylı tam orta məktəbinin komandası 1-ci yerə, Quba şəhər 2 saylı təbiət fənlər təmayüllü məktəb-liseyin komandası 2-ci yerə, Bağbanlı kənd tam orta məktəbinin komandası 3-cü yerə layiq görülüb.

Quba şəhər 6 nömrəli tam orta məktəbin komandası Sumqayıt şəhərində keçiriləcək zona yarışlarında iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,