“Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 yanvar 2018-ci il tarixli, 21 nömrəli əmrinə uyğun olaraq Qusar və Quba rayon Təhsil Şöbələrinin pedaqoji əməkdaşlığa dair birgə fəaliyyət planına əsasən Quba və Qusar məktəbləri arasında pedaqoji əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.
Belə ki, aprelin 10-da Quba məktəbliləri Qusarlı məktəblilərin qonağı olub.
Məktəblər arasında əməkdaşlığın, pedaqoji təcrübə mübadiəsinin, dostluq əlaqələrinin inkişafı və genişləndirilməsi məqsədilə Quba və Qusar rayon Təhsil Şöbələrinin birgə səyi nəticəsində Quba şəhər 2 nömrəli məktəb-liseyi, Qaraçay kənd tam orta məktəbi, Qusar şəhər 1 nömrəli tam orta və Yuxarı Zeyxur kənd tam orta məktəbləri qardaşlaşmış məktəblər elan edilib. Bu məqsədlə qeyd olunan məktəblərin pedaqoji və şagird kollektilərinin bir-birnə səfərləri həyata keçirlir. Növbəti səfər çərçivəsində Quba məktəbliləri Qusarlı dostlarını ziyarət ediblər.
Qusar şəhər 1 nömrəli tam orta məktəbində təşkil olunan qarşılanma mərasimindən sonra tədbir iıtirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını bildirib. Daha sonra qeyd olunan 4 məktəbin şagirdlərinin iştirakı ilə Qusar şəhər Heydər Əliyev Mərkəzində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfdaşlığı ilə “Xəmsə” intellektual oyunu üzrə “Dostluq” turniri keçirilib.
Maraqlı keçən mübarizə nəticəsində Qusar şəhər 1 nömrəli tam orta məktəbinin “Varlord” komandası birinci, Quba şəhər 2 nömrəli məktəb-liseyin “İstedadlar” komandası ikinci, Quba rayonu Qaraçay kənd tam orta məkəbinin “Savalan” komandası üçüncü , Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zəka” komandası dördüncü olub.
Növbəti belə görüşün Quba rayonunda keçirilməsi planlaşdırılıb.