16.04.2019

"Yaşıl məktəb” aksiyası davam edir

Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən start verdiyi “Yaşıl məktəb” aksiyasına Quba rayonunun ümumtəhsil məktəbləri də qoşulub.

 Qaraçay kənd tam orta, II Nügədi kənd 2 nömrəli tam orta və Barlı kənd tam orta məktəblərinin həyətyanı sahələrində məktəbin pedaqoji və şagird kollektivi tərəfindən meyvə ağacları, dekorativ ağac və güllər əkilib.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

“Yaşıl məktəb” aksiyası  aprelin sonunadək davam edəcək.


Açar sözlər: ,  ,