16.04.2019

Quba komandası "Şahin" hərbi-idman oyunlarının zona mərhələsinin qalibi olub

Aprelin 15-16-da Sumqayıt şəhərində "Şahin" hərbi-idman oyunlarının zona mərhələsi keçirilib.

Ümumtəhsil məktəblərinin VIII və X sinif şagirdləri arasında keçirilən zona yarışında Quba məktəbliləri ilə yanaşı, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Qubadlı rayon komandaları da iştirak edib. Yarışın nəticələrinə əsasən Quba komandası müvafiq olaraq II yerin sahibi olub.

I və II yerlərin sahibi olan komandalar respublika mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarışda Quba məktəblilərini şəhər 6 nömrəli tam orta məktəbin komandası təmsil edib.


Açar sözlər: ,  ,