17.04.2019

"Ekoloji məhsul aqrobiomüxtəliflik" mövzusunda III Respublika müsabiqəsinin final mərhələsi keçirilib 

13-15 aprel tarixlərdə Bakı şəhərində Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə "Ekoloji məhsul aqrobiomüxtəliflik" mövzusunda III Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Final mərhələsində Quba-Xaçmaz zonası üzrə iştirak edən və yüksək bal toplayan şagirdlərdən 13 nəfəri Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri olub.

 Müsabiqənin ilk günü Uşaq Gənclər İnkişaf Mərkəzlərinin direktorlarının iştirakı ilə konfrans keçirilib. Daha sonra dərnək üzvlərinin hazırladıqları təmiz məhsullardan ibarət sərgi keçirilib.

 Müsabiqə çərçivəsində dərnək üzvlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri qəbul edib. 300 nəfərdən çox dərnək üzvünün iştirak etdiyi müsabiqədə Quba Uşaq- Gənclər İnkişaf mərkəzinin dərnək üzvi Ramazanov Ömər II yerə layiq görülüb, digər dərnək üzvləri isə “Fəxri Fərman”larla təltif olunublar.