Aprelin 17-də Quba şəhər Texniki təmayüllü liseydə Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Təbdirdə rayon Təhsil Şöbəsinin metodisti Rəfiqə Dünyamalıyeva, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Cəfər Cabbarlının ömür yolundan və yaradıcılığından bəhs edən video sujete tamaşa ediblər.
Daha sonra çıxış edən məktəbin ədəbiyyat müəllimi Aygün Bayramova qeyd edib ki, ədibin milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrının repertuarında mühüm yer tutur. Bildirilib ki, görkəmli ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Böyük yazıçının zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə saxlayır.
Daha sonra şagirdlər Cəfər Cabbarlının əsərlərindən səhnəciklər nümayiş etdiriblər.