Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovanın 19 mart 2019-cu il tarixlui, 1-354/19 nömrəli məktubuna əsasən rayonun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında Komitə tərəfindən ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyyələrini təsdiq etmək məqsədilə “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi keçirilib.
Müsabiqədə rayonun ümumtəhsil məktəblərindən 56 şagird iştirak edib. Nəticələrə əsasən şəhər 6 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Təhməzova Elnaz Elçin qızı 1-ci yerə, şəhər 2 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Məlikova Fatimə Cavid qızı 2-ci yerə, şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mustafayeva Şəfiqə Xamiz qızı 3-cü yerə layiq görülüb, rayon Təhsil Şöbəsi tərəfindən “Diplom”və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Daha üç nəfər şagirdə həvəsləndirici mükafat təqdim olunub.
Mükafatlandırma mərasimində Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Anar Məmmədov, Təhsil Şöbəsinin müdir müavini Pərviz Nurməmmədov, Təhsil Şöbəsinin metodkabinetinin direktoru Namik Hümmbətov, metodist Mehparə Rüstəmova, məktəb direktorları, şagirdlər iştirak edib.