Quba rayon Təhsil şöbəsinin metodisti Mehparə Rüstəmova Təhsil Şöbəsinin "Tədbirlər planı"na uyğun olaraq rayonun təhsil müəssisələrində şagirdlərlə görüşlər keçirir, "Yeniyetməlik yaş dövründə şagirdlərin qarşılaşdığı problemlər" (hədəfi düzgün müəyyən etmək, məqsədə çatmaq, özgüvəni qaldırmaq, həyəcanı dəf etmək, özünənəzarət,özünütərbiyə) mövzusunda söhbətlər aparır. Aparılan söhbətlərdə rayon Mərkəzi Xəstəxanasının Psixosağlamlıq Mərkəzinin psixoloqu Şahbaba Vahabzadə də iştirak edir.
Eyni zamanda valideynlərlə "Övladımızı necə tərbiyə etməli, "Məktəb-valideyn əməkdaşlığı" mövzularında maarifləndirmə işləri də davam etdirilir.