Mayın 3-də Quba şəhər 4 nömrəli məktəb-liseyin akt zalında növbəti şura iclası keçirilib. İclasda şöbənin əməkdaşları, ümumtəhsil məktəblərinin və məktəbdənkənar müəssisələrin direktorları iştirak edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-550 nömrəli “ Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin 1-ci və 2-ci bəndlərini rəhbər tutaraq şura iclasında əmrin icrasından irəli gələn vəzifələrin həyata keçirilməsinin vəziyyəti haqqında Qam-Qam kənd tam orta məktəbinin direktoru Sevda Əhmədova və Aşağı Xuc kənd tam orta məktəbinin direktoru Xoşavaz Müslümovanın hesabatları dinlənilib, müzakirə olunub.
Eyni zamanda iclasın gündəliyində duran məsələlərin hər birinin geniş müzakirəsi aparılıb. Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev çıxış edərək qarşıda duran vəzifələrdən söhbət açıb, məktəb direktorlarına müvafiq tapşırıqlarını verib .