06.05.2019

Zərdabi kənd tam orta məktəbində açıq dərs keçirilib

Mayın 5-də Quba rayonu Zərdabi kənd tam orta məktəbində ədəbiyyat müəllimi Qasımova Elmira "R.Rzanın "Şuşa" şeiri" mövzusunda açıq dərs keçib.

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, müdir müavini Pərviz Nurməmmədov, metodkabinetin direktoru Namik Hümbətov, məktəb direktoru və bir qrup müəllim açıq dərsin dinlənilməsində iştirak edib.

Sonda dərsin geniş müzakirəsi aparılıb, müəllimə müvafiq tövsiyələr verilib.


Açar sözlər: ,  ,