08.05.2019

Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir.

Belə ki, rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən  ibarət qruplar Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə tanış olur, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmləri izləyirlər.

Əvvəlcə şagirdlər və müəllimlər Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidəsi önününə gül dəstələri düzərək xatirəsini yad edirlər. Mərkəzdə şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilir, şagirdlərlə diskusiya şəraitində Azərbaycanın H. Əliyevlə bağlı tarixi dövrü təhlil olunur.

Qeyd edək ki, Quba Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar mayın 1-dən 8-nə qədər rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə  Heydər Əliyev Mərkəzinə ekskursiyalarının  qrafiki hazırlanıb və ardıcıl olaraq həyata keçirilir.


Açar sözlər: ,  ,