15.05.2019

"Kitab bizim dostumuzdur" adlı tədbir keçirilib

 

Rayonun təhsil müəssisələrində milli-mənəvi və umumbəşəri dəyərlərin formalaşdırılması sahəsində müxtəlif formatda tədbirlər həyata keçirilir. Bu baxımdan mayın 15-də Quba şəhər Texniki təmayüllü liseydə “Kitab bizim dostumuzdur” adlı tədbir keçirilib.

            Tədbirdə Quba rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Qələmşah Dostuyev, aparıcı məsləhətçi Anar Murtuzov, Metodkabinetin direktoru Namik Hümbətov, məktəb müəllimləri və şagirdlər iştirak edib.

Tədbirdə Azərbaycanın görkəmli şairlərinin şeirləri və sözlərinə yazılmış mahnılar səsləndirilib və dahi yazıçıların əsərlərindən səhnəciklər nümayiş olunub.


Açar sözlər: ,  ,  ,