22.05.2019

Qubada  keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb

Mayın 20-də Qubada Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Oxu Bayramı” keçirilib.

 Tədbirin keçirilməsində əsas məqsəd mütaliəyə diqqətin artırılması, ədəbiyyata marağı olan hər kəsin, habelə yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarət olub.

Oxu bayramında Quba rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndələri, mədəniyyət, təhsil işçiləri, gənclər, ziyalılar, məktəb şagirdləri, tələbələr, qubalı şair və yazıçılar, rayon ictimaiyyəti nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirin sonunda mütaliə ənənələrinin təbliğ edilməsi məqsədilə keçirilən “Oxu Bayramı” müsabiqəsinin qalibləri mükafat, “Fəxri Fərman” və müxtəlif hədiyyələr ilə təltif olunublar.


Açar sözlər: ,  ,