22.05.2019

Qubada Xalq şairi Məmməd Arazın poeziya günü keçirilib

Mayın 22-də B. Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Məmməd Araz poeziya günü” adlı tədbir keçirilib.

Tədbirdə şəhər 1, 2, 4, 5, 6, 7 nömrəli tam orta və Texniki təmayüllü liseyin şagirdləri fəal iştiraklarına görə Azərbaycan Yazıçılar Birliyinin “Təşəkkürnamə”, "Diplom" və hədiyyələri ilə təltif olunublar.

Tədbir şairin şeirlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı ilə yekunlaşıb.


Açar sözlər: ,  ,  ,