31.05.2019

“Psixologiya gecəsi” keçirilib

Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə”  13 may 2019-cu il tarıxli F-260 nömrəli əmri və bu əmrə əasən əlavə tədbirlər barədə “Fəaliyyət Planı”na əsasən Quba rayon Təhsil Şöbəsi “Fəaliyyət  Planı” hazırlayıb. “Fəaliyyət  Planı”nda may, iyun aylarında və müntəzəm olaraq təhsil müəssisələrində bir sıra  tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Mayın 31-də Quba şəhər 4 nömrəli məktəb-liseydə liseyin psixoloqu Ayişə Ağayevanın təşkilatçılığı ilə “Psixologiya gecəsi” keçirilib. “Psixologiya gecəsi”ndə Quba şəhər Texniki təmayüllü liseyin psixoloqu Fatimə Qasımova və liseyin yuxarı sinif şagirdləri də iştirak edib.

“Psixologiya gecəsi”ndə şagirdlər psixoloqun hazırladığı maraqlı proqramla çıxış ediblər. Tədbir məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər tərəfindən maraqla qarşılanıb.


Açar sözlər: ,  ,  ,