03.06.2019

“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir

Bu gün Quba rayon ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra işlər həyata keçirilir. Ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların təşkilində əsas məqsəd şagirdlərin elmi və yaradıcı axtarışlara həvəsləndirmək , onların müasir tədqiqat metodlarından səmərəli istifadə etməsinə yardım etməkdir.

Kiçik Akademiyaların məktəbdəki şagirdlərin təlim-tərbiyəsində, onlarda bir çox bacarığın inkişaf etdirilməsi yönümündə əhəmiyyəti əvəzsizdir.  Hal-hazırda Kiçik akademiya Quba şəhər 3 nömrəli  tam orta məktəbdə öz fəaliyyətini uğurla davam etdirir. Akademiyanın işinin əsas məğzi məktəblilərdə fəal   həyat tərzinin formalaşdırılması, ictimai fəallığın artırılmasıdır. Kollektiv komanda işində fəal olmaq istəyən şagirdləri bu qurumun  ətrafında  toplamağa çalışır.

Akademiyanın üzvləri xüsusi istedada malik olan şagirdlərin aşkara çıxarılmasında Uşaq birliyi rəhbərinə, Tərbiyə  işləri üzrə direktor müavininə köməklik göstərir, məktəbdə keçirilən tədbirlərdə iştirak edir, rəsm sərgilərinin keçirilməsinə köməklik edir, siniflərdə sorğu keçirilməsində yaxından iştirak edir, mütəmadi olaraq siniflərdə növbətçiliyə nəzarət edirlər. Məktəbdə akademiya  üzvlərinin iştirakı ilə “Nəsimi-650” adlı ədəbi-bədii gecə keçirilib. Eyni zamanda kiçik akademiya üzvləri “Nəsimi ili” ilə əlaqədar keçirilən müsabiqədə qalib olub, rayon tədbirində iştirak etmək hüququ qazanıb.

Yuxarı sinflər arasında müxtəlif mövzularda debatlar və sorğular keçirilir, hər gün şagirdlərin məktəbli formasında gəlməsinə nəzarət edilir, tarixi və əlamətdar günlər, bayramlar münasibətilə rəsm sərgisi və ümumiyyətlə məktəbdə bütün tədbirlərin hazırlanması və keçirilməsinə köməkliklər göstərilir.

İyunun 3-də “Kiçik akademiya”nın biologiya üzrə qrupu elmi praktik konfrans keçirib. Konfransda ekologiyanı çirkləndirən tullantıların zərəri müzakirə olunub. Tədbirdə iştirakçıların tullantılardan hazırlanmış əl işləri də nümayiş olunub.

Kiçik Akademiya məktəbdə öz işini daim təkmilləşdirməyə çalışır, şagirdlərə aid olan müxtəlif məsələlər üzrə müzakirələr aparır və qərarlar qəbul edir. Məktəbdə keçirilən tədbirlər haqqında rayon Təhsil Şöbəsinin facebook səhifəsinə məlumatlar yerləşdirilir.