11.06.2019

“Nəsimi ili” ilə əlaqədar  şeir müsabiqəsi keçirilib

İyunun 11-də “Nəsimi ili” ilə əlaqədar  Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, Quba rayon Təhsil Şöbəsinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə YAP Quba rayon təşkilatında şeir müsabiqəsi keçirilib. Tədbiri YAP Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq şeir musabiqəsi iştirakçılarına uğurlar diləyib.

Şeir müsabiqəsində rayonun təhsil müəssisələrinin 7-11-ci sinif şagirdləri iştirak edib. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş müsabiqədə 14 nəfər məktəblinin ifası dinlənilib, onlardan Quba şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif  şagirdi Qurbanova Həyat Kamal qızı, II Nügəədi 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi  Məmmədova Röya Şixbaba qızı və  Quba şəhər 7 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hacıyev Qurban Sənan oğlu Yeni Azərbaycan Partiyasının keçirəcəyi respublika müsabiqəsində iştirak etmək hüququ qazanıb.

Sonda şeir musabiqəsinin nəticələrinə əsasən 11 nəfər şagird YAP Quba rayon təşkilatı tərəfindən “Diplom” və hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,