12.06.2019

Abituriyentlər və ümumi təhsil müəssisələrinin yuxarı siniflərinin şagirdləri ilə görüş keçirib

ADPU-nun Quba Filialının professor və müəllim heyyəti abituriyentlər və ümumi təhsil müəssisələrinin yuxarı siniflərinin şagirdləri ilə görüş keçirib.

İyun ayının 12-də Quba Rayon Gənclər Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının təqdimatı keçirilib.

Təqdimat zamanı filialın direktoru, professor Əli Allahverdiyev, Quba Rayon İcra Hakimiyyəti (RİH) aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tarıyel İbrahimov, Quba RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Məmmədov, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Quba Rayon Təhsil Şöbəsinin (RTŞ) metodkabinet rəhbəri Namik Hümbətov, Quba şəhəri 1, 4, 5, 6, 7, nömrəli, Quba şəhəri Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbinin, Quba şəhər Texniki təmayüllü liseyin və Quba Rayonu Alekseyevka, I Nügədi kənd tam orta məktəblərinin müəllim və buraxılış sinif şagirdləri iştirak edib.

Tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva ADPU-nun Quba Filialı haqqında slaydlarla ətraflı məlumat verib. Aysel Şeydayeva tədris olunan müxtəlif fənlər, filialdakı ixtisaslar barədə ətraflı məlumat verərək qeyd edib ki, filialda bütün tələbələr üçün yüksək səviyyədə tədris şəraiti yaradılıb, dərslər İKT-nin müasir avadanlıqlarından istifadə etməklə aparılır.

Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.