14.06.2019

Quba rayonu üzrə XI sinfi 1255 şagird bitirir

Rayonun bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri qeyd olunub.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin  XII siniflərini  isə 674 şagird bitirir.

O cümlədən Quba rayonu üzrə XI sinfi 1255 şagird bitirir.

2018-2019-cu tədris ilində Quba rayon ümumtəhsil məktəblərinin IX siniflərini 1939, XI siniflərini 1255 şagird bitirib.

2018-2019-cu tədris ilində Quba Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I siniflərini isə 2815 şagird başa vurub.

2019-2020-ci tədris ilində Quba rayon ümumtəhsil məktəblərinin I siniflərinə  1995 uşağın qəbulu proqnozlaşdırılır.


Açar sözlər: ,  ,