20.06.2019

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.

Quba rayonu üzrə olimpiadaya qatılan Qəçrəş kənd tam orta məktəbinin IX sinif şagirdi Xıdırov Rəvan Elçin oğlu gümüş medala, Zədabi kənd tam orta məktəbinin X sinif şagirdi Əliyev Taleh Ramin oğlu gümüş medala, Quba şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Əliyev Əli Azad oğlu bürünc medala, Alpan kənd tam orta məktəbinin XI sinif şagirdi Hümbətov Renad Müseyib oğlu bürünc medala layiq görülüb.