24.06.2019

“Alovlu Qafqaz” festivalı keçirilib

Qubada “Uşaq və Gənclərin III Folklor, Rəqs və Yaradıcılıq Festivalı” keçirilib.

İyunun 21-də Quba şəhərindəki “Yaşıl teatr”da rəqs və musiqi kollektivlərinin iştirakı ilə “Alovlu Qafqaz” adlı Uşaq və Gənclərin III Folklor, Rəqs və Yaradıcılıq Festivalı keçirilib.

 III Beynəlxalq Festivalda Bakı şəhəri 5 saylı, Goranboy, Qazax, Ağdaş, Kürdəmir, Xaçmaz, Şabran rayon Uşaq-Gənclər İnkişaf Mərkəzləri ilə yanaşı Rusiya Federasiyasının Şimalı Ossetiya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Karaçay-Çerkez Respublikaları həmçinin Gürcüstan Respublikasından gələn ümumilikdə 400 nəfərdən çox uşaq yeniyetmə və gənc iştirak edib.

Əvvəlcə Festival iştirakçıları Quba Soyqırımi Memorial Kompleksini ziyarət edib.

Daha sonra Festival  iştirakçıların bir qrupunu Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qəbul edib, Festival iştirakçılarını salamlayıb və onlara “Yardıcılıq Festivalı”nda uğurlar arzu edib.


Açar sözlər: ,