İyunun 29-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, FHN işçilərinin həmkarlar ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinə yekun vurulub.
Qeyd edək ki, bu il ümumrespublika yarışlarında finala vəsiqə alan 12 komanda – Quba, Salyan, Ucar, Lənkəran, Daşkəsən, Şuşa, Şamaxı, Sumqayıt və Bakı şəhəri “Zəngi” liseyi, 220 və 31 nömrəli tam orta məktəblərin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli respublika xüsusi internat məktəbinin komandası iştirak edib. “Gənc xilasedici” VII Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Pakistan, Qətər, Gürcüstan, Rumıniya, Ukrayna, Serbiya, Bolqarıstan komandaları mübarizə aparıblar. Yarışlarda komandalar “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.
Yarışda iştirak edən Quba rayonu Qaraçay kənd tam orta məktəbinin “Gənc xilasedicilər” komandasının iştirakçılarına fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.