İyulun 19-da Qubada Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Dostluq körpüsü” adlı IV Beynəlxalq Folklor Rəqs Festivalı keçirilib.
Rəqs festivalında Azərbaycan ilə yanaşı Rusiya-Şimali Ossetiya, İran, Gürcüstan və Qırğızıstandan dəvət olunmuş peşəkar rəqs kollektivləri iştirak ediblər.