Təhsil Nazirliyinin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, karantin rejiminin tələbləri nəzərə alınmaqla, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.Tədbirlərdə faciə barədə filmlər, videoçarxlar nümayiş olunub. Şagirdlər ədəbi bədii kompozisiyalar nümayiş etdirib.