05.03.2021

 Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər

Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon Təhsil Şöbəsinin (RTŞ) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Quba rayonunda fəaliyyət göstərən məktəblərin psixoloqları üçün “Məkətblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” adlı vebinar təşkil olunub. Vebinarda gənc nəslin, o cümlədən məktəblilərin mənəvi dəyərlərə bağlılıq ruhunda inkişaf etdirilməsinin vacib olduğu qeyd olunub. Məktəb psixoloqlarının şagirdlərin mənəvi tərbiyəsində rolu vurğulanıb, bildirilib ki, məktəblilərin mənəvi cəhətdən yetişməsi üçün çoxsaylı tədbirlər keçirilməli, fərdi iş aparılmalıdır. İslam dininin uşaqların tərbiyəsinə xüsusi önəm verdiyi hədislərlə və din alimlərinin fikirləri ilə izah edilib.


Açar sözlər: