19.03.2021

“Nizami Gəncəvi əsərləri təsviri sənətdə” müsabiqəsi yekunlaşıb

Baxış-müsabiqəsinə Bakı şəhəri üzrə 32 ümumtəhsil, respublika üzrə 50 uşaq-gənclər inkişaf mərkəzlərinin şagird və dərnək üzvləri qatılıb. Müsabiqəyə ümumilikdə 570 rəsm və 250 əl işi daxil olub. Müsabiqənin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və təşəkkürnamələri ilə təltif olunublar. Quba rayonundan 10-13 yaş aralığı üzrə T.Mikayılov adına 5 nömrəli tam orta məktəbin şagirdi Babayeva Nəzrin (12 yaş) II yerə layiq görülmüşdür.

Məqsəd uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri - tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkminləşdirmək olub.

 


Açar sözlər: