14.06.2021

 Bu gün məktəblərdə  "Son zəng" çalınır.


İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Quba rayon məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

Tədbirdə Quba rayon İcra Hakimiyyətinin Başçısı  Ziyəddin Əliyev,Təhsil Şöbəsinin əməkdaşları, məzunlar, məhdud sayda müəllimlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.

“Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirilib. 

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar. Qeyd edək ki, 2020-2021-ci tədris ilində rayon ümumi təhsil məktəblərini  XI sinif üzrə 1367 nəfər şagird bitirib.


Açar sözlər: ,  ,