26.06.2021

"Zəfər Qələbəsinin Vətəndaşlıq tərbiyəsində rolu" adlı tədbir keçirilib.

"Yay məktəbi"nin tədbirlər planına əsasən Quba  şəhər Hikmət Hüseyinov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə  26 iyun Silahlı Qüvvələr Günü münasibətilə "Zəfər Qələbəsinin Vətəndaşlıq tərbiyəsində rolu" adlı tədbir keçirilib. Tədbirdə məktəbin kollektivi müəllim və şagirdlər  iştirak ediblər.
Tədbirdə Çıxış edən müəllimlər Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əkshücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb, şagirdlər vətənpərvərlik mövzusunda mahnılar oxuyub ,şeirlər səsləndiriblər .
 Sonda tədbir iştirakçıları Vətən müharibəsində qazanılan Qələbə və 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə bütün əsgərlərimizi təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.


Açar sözlər: ,  ,  ,  ,