30.06.2021

İyunun 16-dan start verilən "Yay məktəbi"nin bağlanış mərasimi keçirilib 

 

 

Quba Rayon Təhsil Şöbəsinin  tabeliyindəki ümumi təhsil müəssisələrində yay məktəbinin bağlanış mərasimi keçirilib.  “Yay məktəbi”nin son günündə Quba rayon Qımılqışlaq kənd tam orta məktəbin müəllim və şagird kollektivi  Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  qəhrəmancasına vuruşan, canlarınını  fəda edən şəhidlərimizin məzarlarını ziyarət edib, xatirələrini böyük ehtiramla yad ediblər 

Xatırladaq ki,mövcud vəziyyəti nəzərə alaraq ,şagirdlərin  zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həfdə müddətində ümumi təhsil müəssisələrində  ödənişsiz və könüllü əsaslarla "Yay məktəbin"nin təşkil edilməsi nəzərdə tutulmuşdur.  Yay məktəbində  rayonun  ümumi təhsil müəssisələrindən ümumilikdə 9690 şagird və 1599  nəfər müəllim heyyəti iştirak etmişdir.


Açar sözlər: ,  ,