18.05.2021

Quba rayon ümumtəhsil müəssisələrində "Su ehtiyatlarından səmərəli istifadənin təmin  edilməsi" mövzusunda onlayn görüş təşkil olunub

Quba rayon Tələt Mikayılov adına 5 saylı tam orta məktəb şagirdləri "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi " , Oktay Məmmədov adına II Nügədi 1 saylı tam orta məktəbin şagirdləri isə  "Su həyat mənbəyidir" haqqında onlayn tədbir təşkil ediblər.

 

Tədbirdə şagirdllər suyun faydaları ,təbiətdə suyun  dövranı ,suyun insan orqanizimi üçün  həyat əhəmiyyətli olduğundan danışıblar. Şagirdlərə yer kürəsində şirin su ehtiyatlarının azlığı ,susuzluqdan yaranan problemlər , onun insanın həyat və sağlamlığı üçün nə qədər vacib olduğu haqqında məlumatlar verilib.  Görüş zamanı müəllimlər bildiriblər ki, bu gün suya qənaət  etməsək, çirklənmənin qarşısını almasaq gələcəkdə çox böyük çətinliklərlə rastlaşarıq. Evlərmizə axan suya da qənaətlə yanaşmalı onun bütün insanların sərvəti olduğunu unutmamalıyıq. Tədbirin sonunda sudan qənaətlə isdifadə etmənin gələcəyimiz üçün  zəruriliyi  haqqında  da marifləndirici söhbətlər aparılıb.


Açar sözlər: ,  ,  ,