23.07.2021

Məzunlara fərqlənmə attestatları verilir

 

Quba Rayon Təhsil Şöbəsinin tabelinindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir.


2020-2021-ci tədris ilində Quba Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin XI sinifləri  1348 nəfər , IX sinifləri üzrə isə  2159 nəfər şagird attestat alıb.

 

  XI sinif məzunlarından 1326 nəfəri tam  orta təhsil haqqında adi , 20 nəfər fərqlənmə, 2 nəfər qızıl nişanla təltif olunmaqla  tam orta təhsil haqqında xüsusi nümunəli  attestatat , IX  sinif məzunlarından 2140 nəfər ümumi orta təhsil haqqında adi, 17 nəfər fərqlənmə attestatı almışdır.

 

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası" əsasında məzunlara təqdim olunur.


Açar sözlər: ,  ,