02.08.2021

 2020-2021-ci tədris ilini xüsusi nailiyyətlərlə  başa vuran Quba məktəbliləri qızıl nişanla təltif olunub 

Təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi barədə əmr imzalayıb.

 

Əmrə əsasən Quba Rayon Təhsil Şöbəsi  tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 2 nəfər - İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbin XI sinif şagirdi Xıdırov Rəvan Elçin oğlu və Əfqan Vəliyev adına Rustov kənd tam orta məktəbin XI sinif şagirdi Sultanov Rəvan Nüsrət oğlu qızıl nişana layiq görülüb.

 

2020-2021-ci tədris ilini xüsusi nailiyyətlə başa vuran məzunlara təltif olunduğları qızıl nişanlar  təqdim olunub.

 

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.Nazirin göstərişi ilə qızıl və gümüş nişana layiq görülən təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.


Açar sözlər: ,  ,