15.09.2021

Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

 

Sentyabrın 15-də Xaçmaz Rayon Tarix Diyarşünaslıq muzeyində Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda Təhsil nazirinin müşaviri Elnur Əliyev, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Konfrans iştirakçıları İlk öncə ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş nitqi ilə Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev açaraq iştirakçıları qarşıdan gələn yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib.

Konfransda Təhsil nazirinin müşaviri Elnur Əliyev rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, son üç ildə buraxılış imtahanlarının nəticələrindən, hər bir rayon üzrə əldə edilən nailiyyətlərdən söz açıb, təhsil işçilərinə uğurlar arzulayıb.

 

Konfransda ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, təmayülləşmə və digər məsələlər barədə müzakirələr aparılıb.

Konfrans müzakirələrlə davam etdirilib, təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.

 

Sonda təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

 

 

 


Açar sözlər: ,