22.09.2021

2021-2022-ci tədris ilinin ilk günü 

 


Ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.
Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Yeni tədris ilində Quba rayon ümumtəhsil məktəblərinin  I siniflərində 2384, ümumilikdə isə  I-IV siniflərdə 10277 nəfər şagird ənənəvi tədrisə başlayıb .

 


Açar sözlər: ,  ,  ,  ,