8 oktyabr tarixində Quba rayon Zərdabi qəsəbə tam orta məktəbin açılış mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Vahid Əhmədov, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, qəsəbədə fəaliyyət göstərən köhnə məktəb binası 1975-ci ildə istifadəyə verilmişdir. Məktəb 32 sinif otağı ,labaratoriya, idman zalı və digər inzibati otaqlardan ibarət idi. Labarotoriya və idman zalı istifadəyə yararsız vəziyyətdə idi. Məktəbin tavan və döşəmələri sıradan çıxmış,pəncərələri çürümüş və divarlarında çatlar əmələ gəlmişdir.B.Sixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbi Zərdabi qəsəbəsində yerləşir.Təhsil müəssisəsi 2021 ci ildə tikilib istifadəyə verilmişdir. Təhsil müəssisəsi üç mərtəbəli, üç blokdan ibarətdir. Məktəbdə 40 sinif otağı, 2 linqafon otağı, 2 informatika otağı, 6 laboratoriya, 4 müəllimlər otağı, 1 elektrik otağı, 1 həkim otağı, 4 texniki otaq, 1 xadimə otağı 1 kitabxana və oxu zalı, 144 yerlik bufet, 344 nəfərlik akt zalı, 2 sursat otağı, 3 qəbul otağı və 18 sanitar qovşağı müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbin 2 giriş-çıxış qapısı, məktəb binasını isə 12 giriş –çıxış qapısı var. 1idman zalı, 2 geyinib soyunma otağı, 1 futbol meydançası , 1 voleybol və basketbol meydançası, 3 qaçış zolağı var.
Yeni tikilmiş məktəb 850 şagird yerlikdir. Hazırda məktəbdə 765 şagird təhsil alır.
Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov qeyd edib ki, məktəbin yenidənqurmadan sonra istifadəyə verilməsi sevindirici haldır o həmçinin bildirib ki, ölkə başçısı tərəfindən qarşımıza qoyulan əsas vəzifə yüksək istedad və qabliyyətə, eləcə də milli mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini təbrik edib son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü qeyd edib.
Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə ətraflı məlumat verib.O həmçinin qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Zərdabi qəsəbə tam orta məktəbinin həyatında da mühüm rol oynadı. Zərdabi qəsəbə tam orta məktəbi üçün yeni binanın inşası bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna da nail olub.
Tədbirdə məktəb haqqında qonaqlara məlumat verilib .Rəmzi lent kəsildikdən sonra qonaqlar məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olub, siniflərə, idman zalına, laboratoriyaya baxıblar. Yeni məktəbdə sinif otağı , bufet, akt zalı, idman zalı mövcuddur.Binada videomüşahidə, yanğın əlehinə siqnalzasiya sistemləri quraşdırılıb,internet və telefon xətləri çəkilib.