Quba şəhər Texniki təmayüllü liseydə Anım günü və Zəfər günü ilə bağlı tədbirlər planına əsasən Vətən müharibəsi iştirakçıları və qaziləri ilə görüş keçirilib.
Görüşdə "Aprel döyüşləri" və " Qarabağ müharibəsi" iştirakçısı, Alpan kənd tam orta məktəbinin coğrafiya müəllimi Ağadadaş Dadaşov, "Cəsur döyüşçü", "Fizulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və " Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuş, qazi Mövludov Kamal, qazinin atası Mənsur Mövludov, lisey rəhbərliyi və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Liseyin direktoru Gülzar Əyyubova qonaqları salamlamış və onlara təşəkkürünü bildirmişdir. Liseyin direktor müavini Elxan Məmmədov tarixi qələbəmizdə xalqın və dövlətin birliyindən söz açmışdır. Daha sonra söz görüş iştirakçılarına verilmiş, onlar da öz döyüş yolları haqqında, şanlı qələbəmizin necə əldə olunması haqqında şagirdlərə geniş və ətraflı məlumat vermişlər. Tədbir şagirdlərin maraqlı çıxışları ilə davam etdirilmişdir.